Ermənistan ordusunu intihar dalğası bürüdü

15.03.2016 - 12:05

esgerkaskasiErmənistan ordusunun daxili problemləri getdikcə kəskinləşməkdə davam edir.

Ölkə.az xəbər verir ki, xəstəlikdən, qəzalardan və bilinməyən səbəblərdən erməni ordusundakı ölüm hallarının sayı iki dəfə artıb.

Ermənistan Əsgər anaları İctimai Birliyinin üzvləri bu problemlə bağlı dəfələrlə Müdafiə Nazirliyinə Sarkisyanın dəftərxanasına müraciət etsələr də, ordudakı ölüm hallarına görə komandir və zabit heyətindən heç kəs məsuliyyətə cəlb olunmayıb.

Bir neçə gün öncə 3 erməni əsgərinin yol qəzasında ölməsi, erməni ordusundakı yezidi kürd və erməni əsgərlər arasında tez-tez baş verən silahlı qarşıdurmalar və bunun nəticəsində çağırışçıların ölməsi ölkədə ciddi daxili narazılıq yaradıb.

Bu gün yayılan bir xəbərdə isə 19 yaşlı Kamo Martirosyanın Azərbaycanla sərhəddə güllə yarasından ölməsi bildirildi. Erməni tərəfinin insidentdə Azərbaycanı ittiham etmək cəhdləri baş tutmadı və əsgərin yaxınlarının Müdafiə Nazirliyinin qarşısında səs-küy salmasından sonra Seyran Ohanyan Martirosyanın ölümünün detallarının araşdırılması haqda göstəriş verib.

Araşdırma nəticəsində məlum olub ki, Kamo Martirosyan posta öz silahı ilə intihar edib. Aclıq, xəstəlik və erməni zabitlərinin zorakılığından təngə gələn erməni əsgərlər son çıxış yolu kimi özlərini öldürməkdə görürlər.

Statistikaya görə, hər il erməni ordusunda 50-dən çox intihar halı baş verir.

Short URL: http://www.cumhuriyyet.net/?p=57751

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31