7 yaşlı azərbaycanlı qız Almaniyadan deportasiya edildi – 300 nəfər etiraz nümayişinə qalxdı

15.03.2016 - 14:39

etirazAlmaniyanın Neuköllner Sonnen-Grundschule əyalətində ibtidai orta məktəbin 300-ə yaxın şagirdi 7 yaşlı azərbaycanlı qıza görə nümayiş keçirib.

Virtualaz.org Almaniya mediasına istinadən xəbər verir ki, nümayişə səbəb 7 yaşlı Aylanın ailəsinin 16 il sonra Almaniyadan deportasiya edilməsi barədə çıxarılmış qərardır.

Məktəbin yüzlərlə şagirdi əllərində “Aylanın ailəsi qalmalıdır” məzmunlu şüarlar yazılmış plakatlar tutaraq azərbaycanlı qızın müdafiəsinə qalxıblar. Almaniyanın Miqrasiya Xidmətinin qərarına görə Aylanın ailəsi martın 24-də ölkədən deportasiya edilməlidir. “Mən istəmirəm ki, qızım vətənimdəki problemləri öyrənsin. Mənim Azərbaycanda heç nəyim yoxdur”-qızın 38 yaşlı anası Aynura göz yaşları içərisində bildirib.

Bildirilir ki, 16 il əvvəl Aylanın atası “Dağlıq Qarabağ münaqişəsinə görə” Azərbaycandan Almaniyaya mühacirət edib. O, Almaniyada üç uşaq atası olub. Lakin ailəyə status verilmədiyi üçün uşaqların heç birinin doğum haqda şəhadətnaməsi yoxdur. Ayla Nyukeln əyalətində ibtidai məktəbə gedir və bacarıqlı şagird kimi tanınır, alman dilində sərbəst danışır.

Qızın taleyi oxuduğu məktəb üçün siyasi məsələyə çevrilib. Məktəbin direktoru onun məsələsi ilə bağlı kansler Angela Merkelə, Berlin Senatına müraciət edib və ailəyə kömək göstərilməsini xahiş edib. Məktəbin divarına Aylanın ailəsinin deportasiyasına imkan verməməyə çağıran vərəqələr yapışdırılıb.

“Bu hal göstərir ki, Almaniyada miqrantlarla bağlı siyasət işləmir. İndiki halda Senatın təcili köməyə ehtiyacı var”-Yaşıllar partiyasından olan 31 yaşlı siyasətçi, Aylanın hüquqları uğrunda öz partiyası ilə birlikdə mübarizə aparan  Georg Kessler deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=57784

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31