İstanbulda PKK ilə əlaqələrdə şübhəli bilinən 9 vəkil saxlanıldı
İstanbulda keçirilmiş xüsusi əməliyyat çərçivəsində 30 nəfər saxlanılıb.
Trend-in “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, onlardan doqquzu vəkildir.
Saxlanılanların hamısı PKK terror təşkilatı ilə əlaqələrdə şübhəli bilinir.
Adları çəkilməyən vəkillərin ofislərində hazırda axtarış aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=57937