Jirinovski: “Ermənilər də kürdlər kimi Türkiyəyə qarşı mübarizə aparsınlar”

17.03.2016 - 11:22

jirinovski2“Biz Ermənistanı da, kürdləri də, yunanları da, bolqarları da, suriyalıları da dəstəkləyə bilərdik.

Onların hamısı Türkiyəyə nifrət edir. Türkiyə rəqibləri ilə əhatə edilib: Qərbdə bolqarlar və yunanlar, şərqdə ermənilər və kürdlər, cənubda Suriya. Türkiyənin axırıdır!”

Bunları Lenta.ru-ya verdiyi müsahibəsində Rusiya Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski deyib.

Amma onun sözlərinə görə, Türkiyənin dağılması 5-10 ildən sonra baş verəcək.

“Onsuz da o dağılacaq və heç bir rol oynamayacaq. Amma RLDP-nın konkret mövqeyi var: müstəqil kürd dövlətini dəstəkləmək. Kürdlər Türkiyədə, Suriyada, İranda və İraqda yaşayırlar, onlar 40 milyondur. Amma bu təklif bizim proqramımızdadır”, – siyasətçi bəyan edib.

Bu yaxınlarda Ermənistana müraciətlə verdiyi “indi Türkiyəyə məxsus olan tarixi torpaqların qaytarılması”na və bu çağırışın həyata keçirilməsinə dair bəyanatına gəldikdə isə Jirinovski deyib: “Qoy bunu ermənilər özləri həll etsinlər. Kürdlər öz dövlətlərinin yaradılması üçün necə mübarizə aparırlar? Əllərində silahla. Eləcə də qoy ermənilər diplomatik, iqtisadi, siyasi, həm mənəvi, eləcə də istənilən tədbirlərdən istifadə etsinlər. Sonda isə görünür ki, onlar öz torpaqlarını silahla geri qaytarmalı olacaqlar”, – RLDP rəhbəri vurğulayıb.(oxu.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=58023

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31