Kürd terror qruplaşması Ankara terroruna görə məsuliyyəti öz üzərinə götürdü
Türkiyənin paytaxtı Ankara şəhərində martın 13-ü baş verən terror hücumu ilə bağlı məsuliyyəti “Kürdüstan Azadlıq Şahinləri” (TAK) təşkilatı öz üzərinə götürüb.
Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK terror təşkilatının bir qolu kimi tanınan TAK bu barədə rəsmi internet səhifəsində açıqlama yayıb və terror aktını Səhər Çağla Dəmirin reallaşdırdığını qeyd edib.
Bundan öncə isə Ankarada fevralın 17-də baş verən terror aktının məsuliyyətini öz üzərinə götürən TAK ABŞ-ın terror təşkilatları siyahısında yer alıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=58040