Laboratoriyada insan ürəyi yetişdirildi ABŞ-DA

17.03.2016 - 13:39

urekMassaçusets Universiteti nəzdində mərkəzi xəstəxana, Harvard Gövdə Hüceyrələri İnstitutu və Harvard Tibb Məktəbində çalışan biomühəndislər komandası laboratoriya şəraitində insan ürəyi yetişdiriblər.

AMEA-nın mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, bir neçə il davam edən sınaqlar zamanı alimlər transplantasiya üçün uyğun gəlməyən 73 donor orqanından istifadə ediblər.

Donor ürəklər üzərində işləyən alimlər yalnız hüceyrəxarici matriksi, həmçinin zədələnməmiş qan damarlarını saxlayaraq miokard hüceyrələrini məhv ediblər. Daha sonra karkas gövdələrdən əldə edilmiş hüceyrələrlə doldurulub. 120 gün ərzində ürək toxumasını formalaşdırmış gövdə hüceyrələri əmələ gəlib.

Alimlərin sözlərinə görə, yetişdirilmiş miokard elektrik impulslarına cavab olaraq yığılıb və əsl ürək kimi işləyib. Lakin bir problem mövcuddur. Əkilmiş hüceyrələri müxtəlif funksional növ kimi inkişaf etdirmək çətindir. Məlumdur ki, ürək toxuması yalnız kardiomiositlərdən deyil, həm də epitelilər və hamar əzələ hüceyrələrindən ibarətdir. Bununla belə, qrupun rəhbəri həkim Harold Ott bəyan edib ki, gələcək transplantasiya üçün 100% yetişdirilmiş orqan artıq gələcəyin reallığıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=58057

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31