Ankara 45 tayfanı ayağa qaldırdı

18.03.2016 - 10:57

ereb-tayfalari-bascilariDünən Suriyanın şimalında üç kürd kantonu əsasında federasiyanın yaradılması bu ölkədəki ərəb tayfalarını ayağa qaldırıb.

Publika.az xəbər verir ki, Türkiyənin Şanlıurfa vilayətində keçirilən toplantıda PYD-yə (PKK terror təşkilatının Suriya qolu hesab edilir) qarşı “Ceyş Aşair əl-Şarkiyə” (“Şərq Tayfaları Ordusu”) adlı ordunun qurulması barədə razılıq əldə olunub.

Hələb, Der əz-Zor, Rakka və Haseka vilayətlərinin nüfuzlu tayfan başçılarının qatıldığı toplantıda 45 tayfa lideri iştirak edib. Azad Suriya Ordusunun (ASO) Baş Qərargah rəisi general Əhməd Berrinin də qatıldığı toplantıda “Şimali Suriya Federasiyası”nın Suriya xalqına xəyanət olduğu və qurumun tanınmayacağı bildirilib.

Toplantıda PYD-nin aradan qaldırılana kimi “Ceyş Aşair əl-Şarkiyə”nin saxlanılması qərara alınıb.

Qeyd edək ki, dünən Cəzirə, Kobani və Afrin kantonundan olan nümayəndələr Rmeylan şəhərində keçirilən konfransda federasiyanın yaradılması haqqında bəyannaməyə səs veriblər.

Short URL: http://www.cumhuriyyet.net/?p=58145

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31