Ankarada atışma: 2 nəfər yaralandı
Türkiyənin paytaxtı Ankarada atışma nəticəsində iki nəfər güllələnib.
Virtualaz.org bildirir ki, bu barədə Türkiyə mətbuatı xəbər verib.
Məlumata görə, hadisə şəhərin Çankaya səmtinin Dikmen küçəsində baş verib. Yaralılardan birinin polis əməkdaşı olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşlarının cəlb edildiyi deyilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=58202