Rusiya Ermənistanda daha bir baza açır
Rusiya FHN rəhbəri Vladimir Puçkov Rus-erməni humanitar reaksiya mərkəzinin açılışında iştirak etmək üçün İrəvana səfərə hazırlaşır.
Rusiya FHN-inin mətbuat xidmətininin məlumatına görə, mərasimdə Ermənistan prezidenti Serj Sərkisyan və fövqəladə hallar naziri Armen Yeritsyan iştirak edəcək.
Qeyd edilib ki, əsas vəzifə zəlzələlər, sürüşmələr, uçqunlarla şərtlənmiş və dağlıq regionlara xas olan fövqəladə vəziyyətlərin nəticələrinin aradan qaldırılması üzrə axtarış-xilasetmə əməliyyatlarının keçirilməsidir.
Mərkəzin mütəxəssisləri iri yanğınların söndürülməsi, humanitar yardımın çatdırılması, milli fövqəladə hallar xidmət personalının peşəkarlığının yüksəldilməsi, eləcə də əhalinin və ərazinin müdafiəsi istiqamətində digər tədbirlərin həyata keçirilməsi ilə məşğul olacaqlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=58216