Rusiya ilə Ermənistanı birləşdirən yol bağlandı
Rusiyanı Cənubi Qafqazla birləşdirən Hərbi Gürcüstan yolu pis hava şəraiti ilə əlaqədar bağlanıb.
APA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hava şəraitinin pisləşməsi ilə əlaqədar bu gecə yerli vaxtla saat 02:00-dan Hərbi Gürcüstan yolu bağlanıb.
Qeyd edək ki, Hərbi Gürcüstan yolu Rusiyanı Gürcüstan üzərindən Ermənistanla birləşdirir.
Short URL: http://www.cumhuriyyet.net/?p=58324