Ukrayna prezidenti özünün qənnadı fabrikini satır

21.03.2016 - 01:33

rrUkrayna prezidenti Pyotr Poroşenko qəti şəkildə istehsalatdan üzülüşmək qərarına gəlib. Musavat.com-un məlumatına görə, belə ki, Ukrayna lideri özünün Lipetskdəki “Roshen” korporasiyasını satacaq. Prezident Administrasiyasının rəhbəri Boris Lojkinin sözlərinə görə, bu məsələ artıq həll olunub.
“O, çox aktiv şəkildə peşəkar vasitəçilərin köməyi ilə fabrikin alıcılarını axtarır” – qeyd edib Lojkin. Fabrikdən qurtulmaq – Poroşenkonun seçkiöncəsi vədlərindəndir. Ukrayna qanunlarına görə, prezidentin biznesi ola bilməz. Bununla belə, Ukraynada daha 4 “Roshen” qənnadı fabriki qalır – ikisi Vinnitsada, biri Kiyevdə, biri də Kremençuqda.
Ukrayna prezidentinin korporasiyası həmçinin, Litva və Macarıstanda müəssisələrə sahibdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=58347

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31