Rza Zərrab ABŞ-da HƏBS OLUNDU

23.03.2016 - 09:50

rza-zerrabRza Zərrabın ABŞ-ın Mayami şəhərində həbs olunduğu açıqlanıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Rıza Zərrab amerikalı prokurorlar bazar ertəsi günü verdikləri açıqlamada iş adamı Rza Zərrabın həbs olunduğunu bildiriblər. Prokurorlar Zərrabın İran hökuməti adından ölkəyə tətbiq olunan sanksiyalardan qaçmaq üçün qurduğu mexanizmin parçası olaraq yüz milyonlarla dollarlıq əməliyyatlar həyata keçirdiyini açıqlayıblar. Zərrabdan başqa Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşının da həbs olunduğunu bildirilir.
Qeyd edək ki, iki il öncə Riza Zərrab Türkiyədə həyata lkeçirilən 17-23 dekabr antikorrupsiya əməliiyyatı çərçivəsində də həbs edilmiş, bir neçə ay təcridxanada yatmış, sonra azad olunmuşdu.
Qeyd edək ki, Riza Zərrabın iş ortağı Babək Zəncani də İranda həbs olunub və ona edam cəzası kəsilib.
Hazırda R.Zərrab bank sənədlərini saxtalaşdırmaqda və çirkli pul yumaqda suçlanır və bu ittihamlara görə ona 75 il həbs cəzası düşür.
Rıza Zərrab 1983-ci ildə İranda doğulub, Türkiyədə yaşayan iranlı iş adamıdır.
O, Türkiyənin məşhur müğənnisi Ebru Gündəşin həyat yoldaşıdır.
Qaynar.info

Short URL: http://www.cumhuriyyet.net/?p=58425

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31