Azərbaycanlı Dünya Bankının direktoru oldu
Samir Süleymanov Dünya Bankının strateji başçısı təyin olunub.
Cümhuriyyət.az anspress-ə istinadən bildirir ki, ilk dəfədir ki, azərbaycanlı Dünya Bankında belə yüksək vəzifəyə təyin olunur.
39 yaşlı Samir Süleymanov 1996-cı ildən Dünya Bankında çalışır. O, Corctaun Universitetinin məzunudur. 1993-cü ildə Vaşinqtona köçüb.
Daha əvvəl Süleymanov Dünya Bankının administrasiyasının daxili siyasət idarəsinin rəhbəri vəzifəsində çalışıb.
Evlidir, 3 övladı var.
Short URL: http://www.cumhuriyyet.net/?p=58427