İnterpol keçmiş prezidentin kürəkənini saxladı
Qırğızıstanın sabiq prezidenti Əsgər Akayevin böyük qızının əri Adil Toyqanbayev Dubayda saxlanılıb.
Trend bildirir ki, ötən gün İnterpol və BƏƏ-nin hüquq-mühafizə orqanları arasında sıx qarşılıqlı fəaliyyəti nəticəsində 1966-cı il təvəllüdlü A. Toyqanbayev saxlanılıb.
A. Toyqanbayev Qırğızıstanda bir sıra cinayətlərdə təqsirləndirilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=58450