ABŞ prezidenti Kubadan Argentinaya gəldi

23.03.2016 - 13:21

obamaABŞ prezidenti Barak Obama Kubaya tarixi səfərini tamamladıqdan sonra Argentinaya gəlib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bu, 1997-ci ildən bəri Buenos-Ayresə Birləşmiş Ştatlardan prezident səviyyəsində edilən ilk səfərdir.

Məlumata görə, B.Obama və ailəsini Buenos-Ayresin Ezeiza Ministro Pistarini Beynəlxalq Hava Limanında Argentina xarici işlər naziri Susa Malkorra, ABŞ-ın Buenos-Ayresdəki səfiri Noah Mamet qarşılayıb. Xəbərdə ABŞ prezidentinin Argentina dövlət başçısı Maurisio Makri tərəfindən martın 23-də Kasa Rosadada qəbul ediləcəyi qeyd olunub.

B.Obamanın martın 24-də səhər saatlarında isə Argentinada hərbi diktatura dövrünün qurbanlarının xatirəsinə ucaldılmış “Parque de la Memoria” abidəsini ziyarət edəcəyi, daha sonra ölkənin cənubundakı turizm bölgəsi olan Bariloçeyə gedəcəyi vurğulanıb.

Qeyd edək ki, səfər Argentinada 1976-ci ildə ABŞ tərəfindən dəstəklənən hərbi çevrilişin 40-cı ildönümünə təsadüf edir. Bu səbəbdən paytaxt Buenos-Ayresdə B.Obama əleyhinə etiraz aksiyalarının da keçirilməsi gözlənilir. Ona görə də ciddi təhlükəsizlik tədbirləri görülüb.

Short URL: http://www.cumhuriyyet.net/?p=58467

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31