Hollandiyanın İstanbuldakı baş konsulluğunun fəaliyyəti dayandırılıb

23.03.2016 - 16:06

niderlandHollandiyanın İstanbuldakı baş konsulluğunun fəaliyyəti dayandırılıb.

“Report”un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, rəsmi Amsterdam bu addımı terror təhlükəsini əsas gətirərək atıb.

Hollandiyanın xarici işlər naziri Bert Koenders konsulluq binasının boşaldıldığını və müvəqqəti bağlanıldığını bildirib.

“Artıq İstanbuldakı Hollandiya vətəndaşlarına baş konsulluğun binasına və ətrafına gəlməmələri barədə xəbərdarlıq edilib”, – deyə nazir qeyd edib.

Qeyd edək ki, Hollandiyanın baş konsulluğunun binası İstanbulun Taksim meydanında, İstiqlal prospektində yerləşir.

Short URL: http://www.cumhuriyyet.net/?p=58494

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31