İraqda müstəqil kürd dövləti yaradıla bilər – REFERENDUM KEÇİRİLƏCƏK

24.03.2016 - 10:10

berzaniİraq Kürdüstanının müstəqilliyi haqda referendum 2016-cə ilin oktyabrınadək keçirilə bilər. Musavat.com-un məlumatına görə, bu barədə “əl-Monitor”a müsahibəsində muxtar regionun lideri, İraq Kürdüstanının prezidenti Masud Bərzani bildirib.

İraqın mövcud konstitusiyasına əsasən, İraq Kürdüstanı regionu geniş səlahiyyətlərə malikdir. Bərzani deyib ki, kürdləri özəl büdcədən məhrum edən və digər öhdəlikləri yerinə yetirə bilməyən Bağdadın hazırkı siyasətindən məyusdur. Onun sözlərinə görə, regionun bundan sonrakı inkişafının iki variantı var – İraqın adi əyaləti kimi qalmaq, ya da müstəqillik referendumuna getmək.

O qeyd edib ki, prosesi dinc şəkildə və bütün maraqlı güclərlə – Bağdadla, Ankara ilə, Tehranla anlaşma şəraitində təşkil eləmək istəyir. Bərzani müstəqil Kürdüstanın prezidenti olmayacağına da söz verib.

“Mənim məqsədim – müstəqil Kürdüstanın yaradılmasıdır. Və mən söz verirəm ki, Kürdüstan müstəqil olan gün prezidentlik fəaliyyətimi dayandıracağam. Xalqı təbrik edəcək və yerimi başqasına verəcəyəm” – əlavə edib Bərzani.

Short URL: http://www.cumhuriyyet.net/?p=58564

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31