Avropada 400 “canlı bomba” var? – ŞOK AÇIQLAMA

24.03.2016 - 11:06

esger2“İraq və Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının Avropa Birliyi ölkələrində 400-dən artıq potensial “canlı bomba”sı var. Onlar istənilən an qanlı terror aktları törətməyə hazırdırlar.

ABC- bildirir ki, bu terrorçular İŞİD-in Suriya və İraqdakı xüsusi düşərgələrində təlim keçiblər. Onları Qərb ölkələrində terror aktları törətməyə hazırlayıblar.

Ekspertlərin dediklərinə görə, terrorçular Paris və Brüsseldəki terror aktlarından da məşum, qanlı və genişmiqyaslı aksiyalar hazırlayırlar.

Parisdə ötən ilin noyabrında törədilmiş teraktda şübhəli bilinən şəxslərdən biri demişdi ki, İraq və Suriyadan Avropaya teraktlar törətmək məqsədilə 90 nəfər keçib.

Belçikanın paytaxtı Brüsselin Molenbek səmtində tutulmuş terrorçu Saleh Əbdüsəlam da polisə verdiyi ifadəsində “bizim şəbəkəmiz var, onlar teraktlar hazırlayırlar” demişdi.

Az sonra isə Brüsseldə 3 terror aktı törədildi, 32 nəfər həlak oldu, 270 nəfər yaralandı. 3 “canlı bomba” da həlak oldu.

Hazırda Fransa və Belçikanın polisi teraktlarda şübhəli bilinən bir şəxsi axtarır.

Short URL: http://www.cumhuriyyet.net/?p=58572

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31