İŞİD Türkiyəyə nefti 12 dollardan satır – RUSİYA ŞOK SƏNƏD YAYDI

24.03.2016 - 12:20

isisRusiyanın “RT” telekanalı İŞİD terror qruplaşmasının Türkiyəyə “qara qızıl” satdığını sübut edən sənədlər və şahidlərə sahib olduğunu iddia edib.

Cümhuriyyət.az qafqazinfo-ya istinadən bildirir ki, həmin sənədlərin kürd terror qruplaşması olan YPG-nin əlinə keçdiyi, daha sonra RT-nin müxirlərinə ötürüldüyü bildirilir. Elə həmin vaxtlarda kürd döyüşçülərin əlinə keçən Türkiyə, Səudiyyə Ərəbistanı və digər ölkələrin əsirləri İŞİD-in Türkiyəyə əlaqələrinə dair danışıblar.

Qeyd edilir ki, əş-Şəddadi Suriyanın neft hasil edən ən iri mərkəzlərindən biridir. “RT” jurnalistlərinin də oraya kürd qruplaşmasının İŞİD-çiləri qovmasından 10 gün sonra getdikləri deyilir. Telekanalın rejissoru bildirir ki, çəkilişlər təxminən 10 min nəfərin yaşadığı Şəddadidə aparılıb. İŞİD döyüşçüləri bütün əşyalarını, o cümlədən vacib sənədləri də qoyaraq qaçıblar.

Əsir türk döyüşçülərin dediklərinə görə, əksər islamçılar İŞİD-ə Türkiyə ərazisindən keçərək qoşulurlar. Türkiyə hökuməti, gömrükçüləri isə onlara heç bir məhdudiyyət qoymur. Onların fikrincə, buna səbəb Türkiyənin İŞİD-lə ortaq düşməni olmasıdır – YPG. Türkiyə düşmənindən başqasının əli ilə xilas olmağa çalışır. Neft ticarəti aparılır, bunu dəqiq bilirəm. Bundan başqa, onlar İŞİD-ə qida məhsulları ilə yardım edirlər”.

Əgər təqdim edilən sənədlərə inansaq, İŞİD Türkiyəyə nefti barelli 12-26 dollardan satır.

Short URL: http://www.cumhuriyyet.net/?p=58586

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31