Netanyahu: “Türkiyə ilə barışmaq istəyirik”
Türkiyə ilə İsrail arasında münasibətləri hər zaman düzəltmək istəmişik.
Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Binyamin Netanyahu deyib.
O, İsrail ilə Türkiyə arasında davam edən danışıqlarla bağlı açıqlamalar verib:
“Danışıqlar müsbət nəticələr verəcək. Türkiyə ilə münasibətləri hər zaman düzəltmək istəmişik. Münasibətləri pozan tərəf biz olmamışıq. Əgər mümkündürsə, əlaqələrimizi yenidən normallaşdırmaq istəyirik”.
Qeyd edək ki, İsrail 2010-cu ilin mayında Qəzzaya humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisinə hücum edib. Bundan sonra Türkiyə İsraillə əlaqələri kəsib.
Short URL: http://www.cumhuriyyet.net/?p=58591