Türkiyədə növbəti terror: Ölən və yaralananlar var
Türkiyədə Mardin şəhərinin Nusaybin bölgəsində yenidən partlayış baş verib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, partlayış nəticəsində 1 əsgər ölüb, 4 nəfər yaralanıb. Partlayış təhlükəsizlik qüvvələrinin əməliyyat həyata keçirdiyi binaya giriş zamanı qeydə alınıb.
Qeyd edək ki, Nusaybində PKK terror təşkilatına yönəlik əməliyyatlardan dolayı küçəyə çıxma qadağası hələ də qüvvədədir.
Short URL: http://www.cumhuriyyet.net/?p=58603