Əfsanəvi futbolçu Yohan Kroyf vəfat edib

24.03.2016 - 17:04

yohan-kroyfƏfsanəvi futbolçu Yohan Kroyf dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.

25 aprel 1947-ci ildə Amsterdamda dünyaya gələn Y.Kroyf 69 yaşında vəfat edib.

Y.Kroyf futbolçu karyerası boyunca “Ayaks”, “Barselona” kimi nəhəng klubların, o cümlədən Hollandiya millisinin lideri olub. Karyerası ərzində 752 oyun keçirən Y.Kroyf 425 qol vurub. Üç dəfə “Qızıl top”un sahibi olub. “Ayaks” və “Barselona”nın heyətində dəfələrlə Çempionlar kubokunu və ölkə çempionluğunu qazanıb.

Futbolçu karyerasını bitirəndən sonra Y. Kroyf məşqçi kimi də böyük uğurlar qazanıb.

Y.Kroyf XX əsrin ən yaxşı futbolçularından biri sayılır.

Short URL: http://www.cumhuriyyet.net/?p=58638

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31