Yerevan – Moskva təyyarəsində bomba xəbəri yayıldı

24.03.2016 - 17:42

yerevanErmənistanın hüquq-mühafizə orqanları Yerevan-Moskva təyyarəsinə bomba qoyulması iddiası barədə məlumatı yoxlayır.

“RİA Novosti” xəbər verir ki, bu barədə Ermənistanın polisinin mətbuat xidmətinin əməkdaşı Armen Malxasyan məlumat verib.

Daha əvvəl Yerevanın “Zvartnots” hava limanına çoxlu sayda polis, Milli Təhlükəsizlik Xidməti və Fövqəladə Hallar Nazirliyinin əməkdaşı gəlib. Belə ki, hüquq-mühafizə orqanlarına Yerevandan Moskvaya uçacaq təyyarəyə bomba qoyulması barədə məlumat daxil olub. Məktub elektron poçt vasitəsilə göndərilib.

Hava limanının sözçüsü Gevorq Abramyan hazırda aeroportda vəziyyətin sakit olduğunu bildirib: “Hər şey yaxşıdır, panika yoxdur. Aeroport binasının girişində həmişə olduğu kimi iki polis avtomobili növbə çəkir”.

Short URL: http://www.cumhuriyyet.net/?p=58654

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31