Kerri Moskvada: “Rusiya ilə bir çox mürəkkəb məsələlərdə irəliləyiş əldə etmişik…”

24.03.2016 - 17:49

kerriRusiya və ABŞ bir çox mürəkkəb məsələlərdə irəliləyişə nail olub.

Musavat.com-un məlumatına görə, bu barədə Moskvada səfərdə olan ABŞ dövlət katibi Con Kerri bildirib.

Kerri xatırladıb ki, bu, onun Moskvaya bir ildən də az müddətdə üçüncü səfəridir. “Belə demək olar ki, bu səfərlərin hər birinin gedişində irəli getmək üçün hansısa yanaşmaların tapılması mümkün olub. Ola bilsin istənilən qədər irəli gedilməyib, ancaq bir çox mürəkkəb problemlərlə bağlı irəliləyiş əldə olunub” – qeyd edib Amerika xarici siyasət idarəsinin başçısı.

Onun sözlərinə görə, Suriyada zorakılığın dayandırılması və humanitar köməyin çatdırılması məsələlərində daha çox iş görmək lazımdır. “Suriyada atəşkəs rejimi kövrəkdir, ancaq ona riayət edilir. Zorakılığın səviyyəsi bəzi qiymətləndirmələrə görə, 85-90% aşağı düşüb. Biz Rusiya ilə bu məsələlərdə sıx əməkdaşlıq edirik ” – deyib dövlət katibi.

Short URL: http://www.cumhuriyyet.net/?p=58656

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31