Putin ABŞ-ın dövlət katibi ilə məzələndi – VİDEO

25.03.2016 - 01:45

kerriRusiya prezidenti Vladimir Putin və ABŞ-ın dövlət katibi Con Kerri amerikalı diplomatın Moskvaya gətirdiyi qırmızı çamadanla bağlı zarafatlaşıblar.
Görüş zamanı Putin dövlət katibinə təyyarədən enərkən çamadanını daşımaqda ona heç kimin kömək etməməsinə təəccüblənib və buna görə məyus olduğunu deyib: “Sonra fikirləşdim ki, bəlkə çamadanda elə qiymətli şey var ki, Siz onu heç kimə etibar etmirsiniz? Məsələn, həlli vacib məsələləri yoluna qoymaq üçün pul?!”.
Prezident sonra əlavə edib ki, “zarafat öz yerində”, amma Kerrini gördüyünə şaddır: ” Çünki onunla həmişə ortaq məxrəcə gəlmək olur”.
Kerri isə öz növbəsində Putinlə təkbətək görüş zamanı portfelin içindəkini ona göstərəcəyini söyləyib: “Düşünürəm ki, bu Sizin üçün xoş bir sürpriz olacaq”. (virtualaz.org)

 

Short URL: http://www.cumhuriyyet.net/?p=58673

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31