ABŞ kəşfiyyatı Rza Zərrabı necə tələyə saldı? – MİLYON DOLLARLIQ PLAN

25.03.2016 - 15:07

rza-zerrab4Zərrab Amerikaya giriş qadağasının qaldırılması üçün səhvən MKİ agentinə rüşvət verib

Cümhuriyyət.az lent.az-a istinadən xəbər verir ki, Azərbaycan əsilli iş adamı Rza Zərrabın ABŞ-da həbs edilməsi ilə bağlı maraqlı məqam üzə çıxıb. “Hürriyət” qəzetinin köşə yazarı Çingiz Səmərcioğlu köşə yazısında qeyd edib ki, R.Zərrab ABŞ-a girişinə qoyulan qadağanı ləğv etdirmək üçün Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentinə 1 milyon dollar rüşvət verib.

Ç.Səmərcioğlu iddia edib ki, bir müddət əvvəl R.Zərrab İstanbulda ABŞ konsulluğunda çalışan bir nəfərlə dostlaşıb. Onlar getdikcə daha da yaxınlaşıblar, birgə restoranlara, istirahət yerlərinə gediblər. Bir müddət sonra isə R.Zərrab konsulluq əməkdaşına ABŞ-a girişinə qadağa olması barədə bildirib. Həmin şəxs isə 1 milyon dollar qarşılığında məsələnin həll ediləcəyinə söz verib. Tərəflər vədələşdiyi kimi edib və R.Zərrab həyat yoldaşı, tanınmış müğənni Ebru Gündəş və qızı ilə birgə Mayamiyə uçub. Burada onu qarşılayanlar arasında həmin diplomat da olub və o, biznesmenə deyib ki, 1 milyon dolları geri, onun hesabına qaytarıblar.

Maraqlıdır ki, MKİ agenti kimi təqdim edilən həmin diplomat İstanbulda R.Zərraba ABŞ-a girişinə maneənin olmaması ilə bağlı sənəd də veribmiş.

Short URL: http://www.cumhuriyyet.net/?p=58764

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31