Türkiyədə yeni terror təhlükəsi – KANADA HÖKUMƏTİ XƏBƏRDARLIQ ETDİ

25.03.2016 - 15:23

fdKanada hökuməti Türkiyədə olan vətəndaşlarını terror təhlükəsi ilə bağlı izdihamlı, insanların çox olduğu yerlərə səfər etməkdən çəkinməyə çağırıb.

Trend xəbər verir ki, bu barədə “Hürriyyet” qəzeti məlumat verib.

Bundan başqa, Kanada hökuməti öz vətəndaşlarını Türkiyənin cənub-şərq əyalətlərinə və ölkənin Suriya ilə sərhəd olan rayonlarına səfər etməkdən də çəkinməyə çağırıb.

Kanada hökuməti, eyni zamanda, Türkiyəyə martın 25-də yeni terror aktları olma ehtimalı ilə də bağlı xəbərdarlıq edib.

Qeyd edək ki, martın 13-də Ankarada törədilən terror aktında 37 nəfər ölüb, 125 nəfər isə yaralanıb. Partlayışın baş verməsinə səbəb minalanmış avtomobil olub.

Short URL: http://www.cumhuriyyet.net/?p=58768

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31