“Qalatasaray”ın keçmiş məşqçisinin meyiti tapıldı

25.03.2016 - 16:17

kocTürkiyənin “Qalatasaray” klubunun 21 yaşadək futbolçulardan ibarət komandasının sabiq məşqçisi Zafer Koç ölü halda tapılıb.

“Report”un məlumatına görə, 2 uşaq atası olan Z.Koç ötən gün evini tərk edib.

Həyat yoldaşı dəfələrlə zəng etsə də, o, telefonunu açmayıb. Bu gün səhər isə sabiq məşqçinin meyiti bir mənzildən aşkarlanıb. Meyitin üzərində zərbə və ya yara izinə rast gəlinməyib. Ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədilə onun cənazəsi tibbi ekspertizaya göndərilib.

Qeyd edək ki, “Qalatasaray” klubu 51 yaşlı Zafer Koçu 2 ay öncə işdən çıxarıb. Həmin vaxtdan o, depressiyada olub. Z.Koç klubun aşağı yaş qrupları üzrə komandasında Arda Turan, Aydın Yılmaz, Mehmet Güven, Uğur Açar və Fərhat Öztorun kimi futbolçulara məşqçilik edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=58776

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31