Brüsseldə yeni atəş və partlayış səsləri
Belçika polisinin paytaxt Brüsseldə keçirdiyi xüsusi əməliyyat zamanı 1 naməlum şəxs öldürülüb.
Virtualaz.org RTBF telekanalına istinadən bildirir ki, əməliyyat şəhərin Skarbek kommunasında keçirilib. Telekanal əməliyyat zamanı 2 partlayış baş verdiyini və çoxlu güllə səsləri eşidildiyini bildirib.
Məlumatda o da qeyd olunub ki, hadisə yerinin yaxınlığından keçən tramvayın sərnişinləri təxliyyə edilib və əməliyyat rayonunda nəqliyyatın hərəkəti dayandırılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=58793