Prezidentin yazdığı kitab qalmaqala səbəb oldu – VİDEO

26.03.2016 - 10:47

kitabTürkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov yeni kitab yazıb.

“Qafqazinfo” RİA Novosti-yə istinadən xəbər verir ki, ölkə başçısının “Çay-dərman və ilham mənbəyi” adlı yeni kitabı Novruz bayramı münasibətilə çapdan çıxıb.

Berdıməhəmmədov sözügedən kitabı Hökumət və Dövlət Təhlükəsizlik Şurasınn iclasında təqdim edib: “Türkmən xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Bu bayram ərəfəsində iclasa öz kitabımla gəlmişəm”.

Bu, türkmən liderinin sayca 35-ci və ən çox səs-küyə səbəb olan kitabıdır. Belə ki, dünya mətbuatı həmin kitabın təqdimetmə mərasiminə tənqidi yanaşıb. “Çay-dərman və ilham mənbəyi” hətta İslamın müqəddəs kitabı hesab olunan “Qurani-Kərim”lə də müqayisə edilib. Məmurların kitaba “Quran” kimi münasibət göstərməyi, onu öpüb gözlərinin üstünə qoymağı cəmiyyətdə birmənalı qarşılanmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=58808

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31