Lotoreyada 76 milyon avro uddu – FOTO

26.03.2016 - 11:42
lotoAlmaniyada bir kişi loterayadan 76 milyon avro qazanıb.
Anspress-in “Spiegel”ə istinadla verdiyi məlumata görə, Şimali Reyn-Vestfaliya sakini “Eurojackpot” lotereyasında 76, 8 milyon avro udub. Bu, “Eurojackpot”-un keçirildiyi tarixdə ikinci ən böyük uduşdur.
Rekord cekpot isə 90 milyon avro olub. Bu mükafatı ötən il Çexiya sakini qazanmışdı.
Bu günə kimi Almaniyada ən böyük lotereya uduşu 59 milyon avro hesab edilib. Bunu isə 2014-cü ildə Hessen vilayətinin sakini qazana bilmişdi.
“Eurojackpot” lotereyası Avropanın 17 ölkəsində populyardır. Cekpodu qazanmaq üçün isə verilən 50 rəqəmdən 5-ini, əlavə 10 rəqəmdən isə 2-ni düzgün seçmək kifayətdir.

Short URL: http://www.cumhuriyyet.net/?p=58824

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31