Gəlin və qaynana bəyi döydülər – VİDEO

28.03.2016 - 11:09

gelinHadisəni digər avtomobilin videoreqistratoru lentə alıb.

Belarusiyanın Vitebsk şəhərinin mərkəzində gəlin və onun anası bəyi döyüblər. Oxu.Az Belarus KİV-ə istinadən xəbər verir ki, hadisə martın 26-da baş verib.

İnsidenti gəlin maşının arxasınca gələn avtomobilin videoreqistratoru lentə alıb. Avtomobildən çıxan gəlin gül buketi ilə bəyi döyməyə başlayıb. Sonradan cütlüyə yaşlı qadın yaxınlaşaraq – onun gəlinin anası olması təxmin edilir – əlindəki sumka ilə bəyi döyməyə qoşulub.

Gənc oğlana qarşı belə aqressiyanın səbəbi məlum deyil. Qeyd olunur ki, hadisə Vitebskin tarixi mərkəzində baş verib. Gənclər buraya zaqsdan sonra şəkil çəkdirməyə gəlirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=58911

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31