Türkiyədə partlayış baş verdi – 3 HƏRBÇİ YARALANIB
Türkiyənin cənub-şərqində Şanlıurfa vilayətində baş vermiş partlayış nəticəsində 3 hərbi qulluqçu yaralanıb.
Virtualaz.org “Anadolu” agentliyinə istinadən xəbər verir ki, partlayış avtomagistral yollardan birində hərbi karvan maşını keçərkən baş verib.
İlkin məlumatlara görə, partlayışın PKK tərəfindən törədilməsi ehtimalı var.
Partlayışdan dərhal sonra ərazidə geniş miqyaslı antiterror əməliyatı başlayıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=58938