NATO qırıcıları Rusiya müdafiə nazirinin təyyarəsini əhatəyə aldı

28.03.2016 - 16:51

soyquNATO qırıcıları Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsi üçün qorxulu anlar yaşadıb.

Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, hadisə nazir Baltik dənizi üzərindən Kalininqrada uçarkən yaşanıb. Uçuş zamanı Şoyqunu Su-27 qırıcıları müşayiət edib. Onun təyyarələrinin 2 kilometrliyində isə NATO-nun Eurofighter Typhoon qırıcıları uçub. Qırıcılar nazirin təyyarəsinə yaxınlaşmayıblar. Şoyqu hazırda öz uçuşunu başa vuraraq, Kalininqrad hava limanına eniş edib.

Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər ki, S.Şoyqu Kalininqradda yerləşən hərbi hissələrdə döyüş hazırlığını və orada tikilən yeni obyektlərdə işlərin gedişini yoxlayacaq.

Bundan başqa, nazirin Çkalov adına hərbi aerodroma baş çəkəcəyi və Uşakov adına Hərbi-Dəniz İnstitutundakı təlim prosesi ilə tanış olacağı bildirilir. .

Qeyd edək ki, Kalininqrad Rusiyanın Avropadakı anklavıdır. Bu ərazinin Rusiya ilə quru sərhədi yoxdur.

Short URL: http://www.cumhuriyyet.net/?p=59016

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31