Sağ ələ keçən yadplanetli amerikanlara nə demişdi?
1980-ci illərdə İsveçrənin Cenevrə şəhərində yerləşən Planet Sintezi İnstitutunun əməkdaşı Milton Kuperin “Məxfi hökumət” adlı məqaləsi mediada işıq üzü görəndən sonra böyük rezonansa səbəb oldu. Əslində, məruzə kimi hazırlanan məqalədə uzun illər gizli saxlanılan məlumatları moderator.az-a istinadən diqqətinizə çatdırırıq:
Trumenin gizli missiyası
II Dünya Müharibəsi zamanı ABŞ atom bombasını yaratdı və onu sınaqdan keçirdi. Elə bu vaxt Harri Trumen hökuməti ABŞ-ın Nyu Meksika adlanan ərazisində yadplanetlilərə aid kosmik gəminin qəzaya uğraması xəbərini aldı. 1947-ci ilin yanvarından 1952-ci ilin dekabrınadək ən azı 16 yadplanetli gəmisi qəzaya uğramış, yaxud məcburi enişlər etmişdilər. Nəticədə amerikalılar 65 yadplanetlini ölü, birini isə diri halda ələ keçirdilər. Bu hadisələrə sonradan “tam məxfi” qrifi vuruldu. Sonradan bu kimi başqa hadisələr də gizli saxlanıldı.
ABŞ-ın müdafiə naziri Ceyms Forrestl isə bunların gizli saxlanmasına qarşı çıxdı və “Xalq hər şeyi bilməlidir” devizi ilə hökumət rəhbərləri ilə görüşlər keçirdi. Nəticədə Trumen hökuməti onu istefa verməyə məcbur etdi və əsəb xəstəlikləri sanatoriyasına yolladı. Məqsəd isə təbii ki, tam başqa idi, sadəcə, nazirin nəsə danışacağından qorxurdular. Elə o səbəbdən də nazir sanatoriyada sui-qəsd nəticəsində öldürüldü.
1948-ci ildə sağ ikən ələ keçirilən yadplanetli isə xeyli vaxt özünə gələ bilmədi. Ona bioloji varlıq adı verdilər. Bütün gününü uzanmış vəziyyətdə keçirən yadplanetlinin dili yalnız iki ildən sonra açıldı. Ondan bəzi məlumatları ala bildilər. Onun dedikləri sadəcə olaraq hamını şoka salan tükürpərdici məlumatlar idi. Amma o çox yaşamadı. 1952-ci ildə məhv oldu.
Bəşəri xilas üçün “Siqma” layihəsi
Elə həmin il ABŞ prezidenti Trumenin göstərişi ilə Fövqəlməxfi Milli Təhlükəsizlik İdarəsi yaradıldı. Bu idarənin vəzifəsi yadplanetlilərin danışıqlarını açmaq və onlarla əlaqə yaratmaq, dialoqa girmək idi. Amma bu idarənin əsas vəzifəsi bütün Yer üzünün istənilən nöqtəsində yadplanetlilərlə insanların rabitəsini aşkara çıxarmaq və bunun gizliliyini təmin etmək idi. Həmin layihəyə “Siqma” adını verdilər. Trumen SSRİ də daxil olmaqla öz müttəfiqlərinə məsələnin yalnız müəyyən qismini izah edir, “uçan boşqabları” birmənalı şəkildə bəşəriyyət üçün təhlükə adlandırırdı. Hətta müttəfiqlər yadplanetlilərin nə zamansa Yerə hücum edəcəyini nəzərə alaraq xüsusi müdafiə planı hazırlamışdılar. Bütün məlumatlar mətbuatdan gizli saxlanılırdı. Məlumatların məxfiliyini qorumaq məqsədilə mərkəzi Cenevrə şəhərində yerləşən “Bilder Dürges” gizli cəmiyyətini yaratdılar. Bu cəmiyyət inkişaf edib məxfi dünya hökumətinə çevrildi. Hazırda bu hökumət HAMIYA RƏHBƏRLİK EDİR!
Yeni yadplanetlilər – yeni problemlər
1953-cü ildə Eyzenhauerin hakimiyyəti illərində 10 “uçan boşqab” qəzaya uğradı. Bunlardan 4 yadplanetli sağ tapıldı. Prezident yadplanetlilər problemini həll etməli idi. Bu məqsədlə dostu Nelson Rokfellerə müraciət edir və onlar birlikdə “Əksəriyyət-12” təşkilatını yaradırlar. Bu zaman isə prezident Rokfellerə müraciət etməklə həm ABŞ-ı, həm də Yer kürəsinin gələcəyi üçün böyük səhv addım atmış olur. 1953-cü ildən sonra Yerə kosmik gəmilərin axını başlayır. Bu isə Yer kürəsi üçün yaranan gələcək təhlükələrdən xəbər verirdi. 1952-ci ildə yaradılan və əsas məqsədi yadplanetlilərin danışığını tutmaq, şifrələri açmaq olan “Siqma” layihəsi həqiqətən də bu işi müəyyən dərəcədə bacardı. Əksər radiosiqnalları tutdu. Amma bu, hələ son deyildi. Çünki “Siqma”nın da aça bilmədiyi müəmmalar çox idi. Bu müəmmalar sonradan bəşəriyyət üçün təhlükəyə çevriləcəkdi…
(ardı var)
Moderator.az
Short URL: http://www.cumhuriyyet.net/?p=59057