Türk ordusundan PKK-ya zərbə: “Fırtına” PYD-ni yenidən bombaladı
Türkiyə silahlı qüvvələri PKK-nın Suriya qolu PYD/ YPG-nin Qamışlıda olan mövqelərini vurub.
Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Nusaybin mahalının qarşısındakı Qamışlı bölgəsində olan PKK-nın Suriya qolu PYDYPG hədəfləri “Fırtına”larla bombardıman edilib.
Türkiyə təyyarələrinin bölgədə kəşfiyyat uçuşları həyata keçirdiyi də qeyd olunur.
Qeyd edək ki, bir müddət öncə, terror təşkilatı PKK-nın Qamışlıdan Nusaybinə qədər tunel qazdığı və bu tunellərlə Nusaybinə silah-sursat daşıdığı üzə çıxmışdıPKK-nın siyasi qolu PYD/YPG ABŞ və Rusiya tərəfindən dəstəklənir.
Short URL: http://www.cumhuriyyet.net/?p=59061