Ərdoğan həbs olunan azərbaycanlı iş adamından danışdı
ABŞ-a yola düşən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Esenboğa hava limanında iş adamı Rza Zərrabın həbsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
“Qafqazinfo” bildirir ki, Ərdoğan açıqlamasında bildirib ki, bu, Türkiyəni maraqlandıran mövzu deyil: “Səbəbin çirkli pulların yuyulması olduğunu bilmirik. Çirkli pul yuyanların atası Pensilvaniyada yaşayır. Onlarla bağlı hər hansı əməliyyat apardılarmı? Bildiyiniz kimi paralel dövlət quruluşuna aid məktəbləri var. O məktəblər ABŞ-a milyonlarla dollar “atıb”. İlk olaraq bunlara baxsınlar. Bu məsələ ilə bağlı çoxlu məlumatlar ötürdük. Heç bir şəkildə hərəkətə keçmədilər. Rza Zərrab ilə əlaqəli nəisə varsa, vəkilləri onu müdafiə edəcəklər. Ölkəmizlə əlaqəli mövzu deyil”.
Short URL: http://www.cumhuriyyet.net/?p=59115