Türk düşməni Suriyada öldürüldü
2013-cü il mayın 11-də Türkiyənin Reyhanlı ərazisində 52 nəfərin ölməsi, 146 nəfərin yaralanması ilə nəticələnən dəhşətli terror aktının təşkilatçısı, Bəşər Əsədin generallarından olan Mihrac Ural öldürülüb. Avropa.info Əl-Cəzirə telekanalına istinadən xəbər verir ki, terrorçu Türkiyənin terror siyahısında adı başda keçən Mihrac Ural Palmirada öldürülüb.
Suriya müxaliflərinin ən böyük silahlı qruplaşmalarından olan Əhraruş-Şamın sözçüsü Əbu Yusif Mühacir Türkiyə mətbuatına açıqlamada xəbəri təsdiqləyib. Lakin , Əbu Yusif Mihrac Uralın Palirada deyil, qərərgahında vurularaq öldürüldüyünü deyib.
Qeyd edək ki, əslən Hataydan olan Mihrac Uralın solçu terror qruplaşmalarının lideri kimi tanınır. Mirac Ural Türkiyə ərazisində bir çox basqınlar törətmiş və çoxlu sayda banklar, zərgər dükanları qarət etmişdi. O, bir müddət öncə, Türkiyədə prokurorun öldürülməsi ilə nəticələnən terror hadisəsini həyata keçirən DHKP-C-nin də lideridir. 1978-ci ildə Suriyaya keçən Ural Əsəd rejimi ilə yaxınlaşmağa nail olub.
Mirac Ural PKK lideri Öcalanın fəal dəstəkçisi olmuş və bir müddət PKK liderinin Suriya ərazisində gizlədilməsinə də nail olmuşdu. Əsədə qarşı daxili savaş başlayandan sonra isə, Ural rejimin ən fəal müdafiəçilərindən və komandirlərindən birinə çevrilib.
Reyhanlıda 57 nəfərin ölümü ilə nəticələnən terror hadisəsi və Bunyasda uşaqların öldürülməsi kimi dəhşətli cinayət hadisələrinin də Mihrac Ural tərəfindən törədildiyi bildirilir. Türkiyə prokurorluğunda Mihrac Ural haqqında 50-dən artıq cinayət işi açılıb. Ural rəsmən Türkiyənin terror siyahısındadır və axtarışa verilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=59195