Türkiyədən Almaniyaya kəskin etiraz – SƏFİR XİN-Ə ÇAĞIRILDI

30.03.2016 - 09:57

turkiye-xinAlmaniyanın Ankaradakı səfiri Martin Erdmann Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Türkiyə KİV-lərinin məlumatına görə, Almaniyada fəaliyyət göstərən “NDR” televiziya kanalının Türkiyə əleyhinə reportaj yayması səfir M.Erdmannın diqqətinə çatdırılıb. Türkiyə tərəfi Almaniya hökumətindən tələb edib ki, “NDR” televiziya kanalının bu cür xoşagəlməz fəaliyyətinə qarşı tədbirlər görsün.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da sosial şəbəkə vasitəsilə Almaniya tərəfinə çağırış edib. Almaniyada Türkiyəyə bağlı QHT-lərə və türk əsilli insanlara qarşı basqınlara son qoyulmasını tələb edən türkiyəli nazir, bu addımları demokratiyaya və insan haqlarına zidd dəyərləndirib.(AzərTAc)

Short URL: http://www.cumhuriyyet.net/?p=59228

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31