Yadplanetlilər və ABŞ arasında gizli razılaşma: İnsanlar necə oğurlanır?

30.03.2016 - 10:43

yadplanetliAmerikalı Milton Uilyam Kuper dünyanın tanınmış sui-qəsd nəzəriyyəçilərindən biridir. 1943-cü ildə anadan olan Kuper ABŞ Dəniz Donanmasında xidmət edib. O, illər sonra Dəniz Donanmasında olan zaman ABŞ hökumətinin Uçan Naməlum Obyektlərlə (UNO) bağlı gizli sənədlərini gördüyünü bildirir və onun bu sözləri sensasiyaya səbəb olur. Milton Kuperin “Məxfi hökumət” adlı yadplanetlilərlə bağlı hesabatı 1980-ci illərdə mediada yayımlanır və bu, böyük rezonans yaradır. Sözügedən məqalədə yadplanetlilərlə bağlı uzun illər məxfi saxlanılan məlumatlar ilk dəfə ictimaiyyətə açıqlanır.

Cümhuriyyət.az axar.az-a istinadən həmin məqaləni təqdim edir:

ABŞ prezidenti ilə yadplanetlilərin görüşü

1954-cü ildə uzunsaçlı yadplanetlilərin bir qrupu ABŞ-ın Hollomendəki aviabazasına enir. Onlar Oriondan gəldiklərini iddia edirlər. Dəvətsiz qonaqlar planetlərinin öldüyünü və qeyri-müəyyən gələcəkdə həyatın olmayacağını bildirirlər. Bu danışıqların ikincisi Edvards aviabazasında baş tutur. Bu tarixi görüş əvvəlcədən planlaşdırılmışdı. Prezident Duayt Eyzenhauer həmin vaxt Palm Sprinqsdə (Kaliforniya – red.) istirahətdə idi. O, bazaya aparılır və həmin vaxt mediaya Eyzenhauerin diş həkiminə getdiyi deyilir. Prezident yadplanetlilərlə görüşür və ABŞ-la onlar arasında formal müqavilə imzalanır. Və nəhayət, onların Kosmosdan ilk səfiri, əzəmətli Kiril dünyaya gəlir. Onların bayraqlarının üzərində gəmiləri və formaları təsvir olunmuşdu. Yadplanetlilərlə ikinci görüş lentə alınıb və bu günə qədər saxlanılır.

Müqavilənin şərtləri

Yadplanetlilərlə imzalanmış müqavilədə qeyd olunur: Yadplanetlilər bizim işlərimizə qarışmayacaq, həmçinin ABŞ onların işlərinə müdaxilə etməyəcək. Onların dünyada qalması isə gizli saxlanılacaq. Yadplanetlilər dünyada texnologiyanın inkişafına kömək edəcək. Bundan əlavə, Yer planetində başqa bir ölkə ilə müqavilə imzalamayacaqlar. Həmçinin müəyyən vaxtlarda tibbi müayinələrdə istifadə etmək və inkişafı izləmək üçün insanlar “oğurlanacaq”. Lakin onlara heç bir zərər verilməyəcək. İnsanlar aparıldıqları yerə qaytarılacaqlar və heç bir şeyi xatırlamayacaqlar. Bundan əlavə, ABŞ və yadplanetli hökuməti bir-birini öyrənmək üçün 16 nəfərin mübadiləsini edəcək.

ABŞ-da yadplanetlilər üçün yaşayış məskənləri

Növbəti razılaşmaya görə isə yadplanetlilər üçün ABŞ-da yeraltı bazalar tikilməliydi. Həmin bazalar Yuta, Kolorado, Nyu-Meksika, Arizona və Nevada ştatlarında inşa edilməliydi. Yadplanetlilərin yaşayacağı sözügedən rayonlar isə tamamilə ABŞ Dəniz Qüvvələrinin nəzarətində olacaqdı. Tikinti dərhal başladı, lakin onun sürəti sonradan azaldı. Çünki böyük vəsait ayrılmaları olmadı.

Nəhayət müəyyən müddət sonra xüsusi fonddan 75 yeraltı sığınacağın inşası üçün maliyyə ayrılır. Məsələyə ictimaiyyətin diqqəti artdığı zaman isə sığınacaqların müharibə vəziyyətində prezidentin istifadə etməsi üçün tikildiyi bildirildi. Bu adla bir çox sığınacaqlar tikildi. Bundan əlavə, yadplanetlilər üçün gizli və dərin bazalar da yaradıldı. Sözügedən bazalar nüvə partlayışlarına tab gətirəcək gücdə və dərinlikdədir.

Yeraltı sığınacaqların sayı və yeri “məxfi qrifli” adı altında saxlanılır. Ağ Evin hərbi nəzarətindədir. Ora çoxşəbəkəli dolayı yollarla gedildiyi üçün ən güclü agentlərin həmin yerləri tapması qeyri-mümkündür.

Short URL: http://www.cumhuriyyet.net/?p=59238

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31