Türkiyədə 20 fahişə saxlanıldı: 19-u azərbaycanlıdır

31.03.2016 - 12:53

faiseTürkiyənin Aydınlı bölgəsində, Nazilli rayonunda polisin eyni zamanda 10 evdə apardığı əməliyyat zamanı 19 xarici vətəndaş olan 20 qadın saxlanılıb.

Oxu.Az haberler.com-a istinadən xəbər verir ki, fahişəliklə məşğul olduğu ittiham edilən qadınların arasında ayağı kəsildiyi üçün qoltuq ağacı ilə gəzən bir qadının olması polisləri təəccübləndirib.

Nazilli hüquq-mühafizə orqanları getdikcə sayı artan əxlaqsızılıq yuvaları ilə bağlı hadisələrin qarşısını almaq üçün aylardır təqib əməliyyatı aparırlar. Təqibdən sonra hərəkətə keçən polis, 10 ayrı ünvanda eyni vaxtda əməliyyat həyata keçirib.

Əməliyyat zamanı 25-45 yaş arası 19-u azərbaycanlı, 1-i türk olmaqla 20 qadın saxlanılıb. Saxlanılan qadınlar arasında sağ ayağı dizdən kəsilmiş və bu səbəbdən də qoltuq ağacı ilə gəzən Türk vətəndaşı A.A.-nın olması polislərin diqqətini çəkib.

Fiziki məhdudiyyəti olan qadının fahişəliklə məşğul olması polisləri çaşdırıb. Nazilli Dövlət xəstəxanasında tibbi yoxlamadan keçdikdən sonra qadınların hüquq-mühafizə orqanlarına təhvil veriləcəkləri bildirilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=59413

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31