Azərbaycan DÇ-2026-nın namizədləri sırasında

31.03.2016 - 16:40

fifaAzərbaycan növbəti dünya çempionatına ev sahibliyi edə bilər. İndiyədək güləş, boks, bədii gimnastika və digər idman növləri üzrə mundiallara ev sahibliyi edən ölkəmiz futbol üzrə dünya çempionatı keçirmək iddiasındadır.

Bunu FİFA-nın prezidenti Canni İnfantino açıqlayıb.

Uruqvayın DÇ-2030-a namizədliyinə münasibət bildirən İnfantino qeyd edib ki, ilk növbədə 2026-cı ildə keçiriləcək yarışı düşünmək lazımdır. Onun sözlərinə görə, artıq iddiaçı ölkələr də bəllidir.

Belə ki, bu ölkələr sırasında Azərbaycanla Türkiyənin birgə ev sahibliyi etmək istəyi də var. Həmçinin, Kanada, Meksika, Kolumbiya, Mərakeş, ABŞ, İngiltərə, Qazaxıstan, eyni zamanda, Avstraliya ilə Yeni Zelandiya birlikdə mundialı qəbul etmək arzusundadırlar. Amma bu iddiaçıların heç də hamısı müraciətlərini hələlik rəsmiləşdirməyiblər.

Qeyd edək ki, DÇ-2018 Rusiyada, DÇ-2022 Qətərdə keçiriləcək. Azərbaycan isə AVRO-2020-nin final mərhələsinin 4 oyununa ev sahibliyi edəcək.

Short URL: http://www.cumhuriyyet.net/?p=59451

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31