AST Telman nağılı bitdi: Bankrotdan sonra cəmi 30 dolları qaldı

01.04.2016 - 14:22

ast-telmanRusiyada martın son həftəsi fiziki şəxslərin bankrot elan edilməsi üzrə birinci məhkəmənin qəbul etdiyi qərar qüvvəyə minib.

Fiziki şəxslər arasında ilk bankrot olan şəxs azərbaycanlı biznesmen Telman İsmayılov olub.

Qeyd edək ki, Moskva vilayətinin Arbitraj Məhkəməsi multimilyoner və “Çerkizovsk” bazarının sabiq rəhbərinin bankrot elan edilməsi barədə qərar qəbul edib.

2015-ci ildə “Forbes” jurnalı Telman İsmayılovun sərvətinin təxminən 600 milyon dollar olduğunu bildirirdi. 2015-ci ilin 21 dekabrında verilən məhkəmə qərarına əsasən isə Telman İsmayılovun təxminən 14 milyon rubl dəyərində olan torpaq sahəsi, 25 min nağd pul və bank hesablarında isə 100 rubl və 30 dolları var.

Azvision.az

Short URL: http://www.cumhuriyyet.net/?p=59558

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31