Ankara Moskvanı “sındırdı”: Rusiya Türkiyədən xahiş etdi

27.04.2016 - 01:22

turkrusRusiya Türkiyənin kənd təsərrüfatı məhsullarına tətbiq edilən sanksiyaları aradan qaldırmağa hazırdır. Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Baytarlıq və Bitki Sağlamlığı Nəzarət Xidməti Türkiyənin Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə Moskvada keçirilən görüşündə bəyan edib.
Rusiya tərəfi qeyd edir ki, Türkiyənin kənd təsərrüfatı məhsullarının təhlükəsizliyinə zəmanət veriləcəyi halda saksiyaların aradan qaldırılmasına təkrar baxılacaq.
“Rusiya kənd təsərrüfatı məhsullarında aşkar edilən zərərli həşəratlardan dolayı narahatdır və Türkiyədən Rusiya və Avrasiya İqtisadi Birliyinin norma və tələblərinə cavab verən məhsulların ixracını təmin edəcək tədbirlərin görülməsini xahiş edir. Bu məhsullara tətbiq edilən müvəqqəti sanksiyaların aradan qaldırılması nəzərdən keçiriləcək”, – Rusiya tərəfinin məlumatında qeyd edilir.
Qeyd edək ki, Türkiyə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti Rusiya hökumətinin dəvəti ilə Moskvada danışıqlar aparır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62541

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930