Lavrov xəbərdarlıq etdi – “RUSİYA BOŞ OTURMAYACAQ”

29.04.2016 - 15:16

lavrov2Bizi Şərq tərəfdaşlığının əvvəlki kimi ərazilərin zəbt edilməsi və bu ərazilərdə Rusiyanın nüfuzunun azaldılmasına yönəlmiş geosiyasi layihə kimi istifadə edilməyəcəyinə inandırmağa çalışırlar. Rusiya bu kontekstdə əməkdaşlıq etməyəcək və “boş oturmayacaq”.

Rusiya XİN-in saytı xəbər verir ki, bu barədə Rusiyanın XARİCİ İŞLƏR NAZİRİ Sergey Lavrov İsveçin “Daqens Nüheter” qəzetinə verdiyi müsahibəsində bildirib.

Şərq tərəfdaşlığının İsveç və Polşanın təşəbbüsü ilə yaradıldığını deyən S.Lavrov bildirib ki, bu proqram iqtisadi və humanitar əlaqələrin genişləndirilməsi baxımından düzgün təşəbbüsdür.

“Bizi əməkdaşlığa dəvət edərkən hansı şərtlərlə olduğunu soruşmuşduq. Aldığımız cavab, əlbəttə, nəzakətli idi. Lakin mahiyyəti ondan ibarət idi ki, şərtləri Brüssel müəyyənləşdirəcək.

Başqa formada əməkdaşlıq təklif etdik. Ayrı-ayrı ölkələr üzrə xüsusi layihələr ayırmalı və üçlükdə – Avropa İttifaqı, Rusiya və ev sahibi ilə birlikdə bu layihəni həyata keçirib-keçirə bilməməyimizi müəyyənləşdirməli idik. Əslində isə heç nə dəyişməyib”, – Lavrov deyib və əlavə edib ki, Rusiya bu kontekstdə əməkdaşlıq etməyəcək və “boş oturmayacaq”.

“Bu mənada “həmişəki kimi” biznes olmayacaq. Rusiya Avropa İttifaqı ilə bu mənada bərabərhüquqlu tərəf kimi ultimatumsuz, heç bir məcburiyyət olmadan dialoqa hazırdır. Biz buna yalnız şad olarıq, çünki bu tarixi məqam uzun sürməyəcək, belə ki, biz bir yerdə yaşamağa məcburuq”, – S.Lavrov bildirib.(oxu az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=62862

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930