Tramp Putinə yaxşı münasibət göstərməyəcək

18.05.2016 - 13:50

trampRespublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizədlik uğrunda mübarizə aparan Donald Trump prezident Putinin Ukraynanın şərqində apardığı siyasəti dəstəkləmədiyini deyib.

Siyasətçi bu barədə Reuters agentliyinə müsahibəsində bildirib.

Trupm həmçinin deyib ki, Vladimir Putinin xoş şərhləri ona ABŞ-la danışıqlarda kömək etməyəcək.

Ötən ilin dekabr ayında Rusiya lideri Donald Trump-ı prezident yarışının “mütləq lideri” adlandırmışdı.

“O, çox parlaq, şübhəsiz ki, istedadlı şəxsiyyətdır”, – Putin deyib.

Reuters agentliyinə müsahibəsində Trump həmçinin Şimali Koreya liderilə danışıqlara hazır olduğunu deyib.

May ayının əvvəlində Respublikaçılar Partiyasının iki namizədi mübarizəni tərk edib. Bundan sonra Donald Trump-ın partiyadaxili rəqibi qalmayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=64402

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728