Almaniya parlamenti “erməni soyqırımını” tanımağa hazırlaşır

18.05.2016 - 15:08

ermeni-soyqrimiReuters agentliyi yazır ki, Almaniya parlamenti Bundestaqın 1915-ci il Osmanlı imperiyasındakı erməni qətllərini “soyqırım” adlandıran qətnaməsinin qəbul olunması Berlin-Ankara münasibətlərini son dərəcə pisləşdirə bilər.

Xəbərdə deyilir ki, üstəlik belə bir sənədin qəbulu Avropa İttifaqı ilə Türkiyə arasında əldə edilmiş antimiqrant sazişinin gələcəyini şübhə altına alır.

Bundestaqda bu məsələyə iyunun ilk həftəsində, təxminən ayın 2-də baxılacağı gözlənilir.

Reuters yazır ki, məhz belə bi şəraitdə Almaniya kansleri Angela Merkelin bu həftəsonu Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşəcəyi gözlənilir.

Kansler İstanbulda keçiriləcək himanitar yardım sammitinə qatılmalıdır.

Bundan əvvəl dəfələrlə, ələlxüsus da ötən ilin aprelində Almaniya parlamentinin “erməni soyqırımı” məsələsini gündəmə gətirə bilməməsi məhz Merkelin xidməti olub.

Lakin müşahidəçilər hazırkı vəziyyətin ötənilkindən tamamilə fərqli olduğunu bildirirlər.

Onlar deyirlər ki, Erdoğanın avtoritarlığının artması, mediaya qarşı hücumları, bu mənada hətta Avropada, xüsusilə də Almaniyadakı tənqidçilərinin susdurulmasına çalışması və ən nəhayət “daha nəzakətli” baş nazir Davutoğlunun istefaya məcbur edilməsi keyfiyyətcə yeni vəziyyət yaradıb.

“Despot Erdoğan”

İş o yerə çatıb ki, parlamentdə “erməni soyqırımı qətnaməsi təşəbbüsü” ilə çıxış edən Yaşıllar Partiyasının Türkiyə əsilli həmsədri Cem Özdemir hökuməti “despot Erdoğanın” şantaj obyektinə çevrilməməyə çağırıb.

Məsələ burasındadır ki, Merkelin öz Xristian-Demokrat İttifaqından olan mühafizakar siyasətçilər, onunla koalisiyada olan sosial-demokratlar da belə qətnamənin qəbuluna çalışırlar.

Müşahidəçilər qətnamənin səsə qoyulduğu halda mütləq keçəcəyini proqnozlaşdırırlar.

Mühafizəkar Franz Joseph Jung deyib ki, “soyqırım” sözü həm qətnaməmnin başlığında, həm də mətnində olacaq.

O Deutschlandfunk radiosuna deyib ki, “tarixin faktın etirafı vacibdir və bu məsələ miqrant sazişi ilə qarışdırılmamalıdır”.

Almaniya qəzetlərindən bəziləri qətnamənin “101 il əvvəl Osmanlı imperiyasında ermənilərin və başqa xristian azlıqların soyqırımının yad edilməsi” adlandığını yazıərlar.

Türkiyə 1915-ci ildə başqa xalqların nümayəndələri kimi ermənilərin də öldürüldüyünü etiraf edir, lakin bunun soyqırım olması ilə razılaşmır.

Reuters xəbər verir ki, Türkiyənin Almaniyadakı səfiri Hüseyin Karslıoğlu Bundestaqın bu niyyətini artıq tənqid edib. O Rheinische Post qəzetinə deyib ki, “tarixi hökmlər vermək parlamentlərin işi deyildir”.

Siyasi təhlilçilər bildirirlər ki, qətnaməyə Almaniyanın 3, 5 milyonluq türk əhalisinin münasibətinin necə olacağı da narahatlıq doğurur.

Ötən il Almaniya prezidenti Joachim Gauck erməni qətliamlarını “soyqırım” adlandıraraq ziddiyyətə səbəb olmuşdu.

Bundestaq sözü gedən məsələni 2015-ci ildə müzakirə etsə də, səsvermə keçirilməmişdi. (azadliq.org)

Short URL: http://www.cumhuriyyet.net/?p=64418

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728