ABŞ-dan Türkiyəyə terror xəbərdarlığı
ABŞ-ın Türkiyədəki səfirliyi Amerika vətəndaşlarını və əcnəbi turistləri bu ölkədə terror aktlarının ola biləcəyi ehtimalı ilə xəbərdar edib. Bu barədə məlumat səfirliyin saytında yerləşdirilib. Məlumatda deyilir ki, xarici və amerikalı turistlərin beynəlxalq və yerli terror təşkilatlarının hədəfində olduğu güman edilir.
Səfirlik həmçinin amerikalı turistlərə təhlükəsizlik qaydalarına ciddi riayət etməyi tövsiyə edib.
Xatırladaq ki, Türkiyə xüsusi xidmət orqanlarının ölkənin bütün vilayətlərinə xəbərdarlıq məktubu göndərdiyi ilə bağlı məlumat yayılmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=64426