Monteneqro sabahdan NATO-nun üzvü olacaq

18.05.2016 - 17:05

nato-montaneqroNATO ölkələrinin xarici işlər nazirləri mayın 19-da Monteneqronun Alyansa qoşulması haqqında sənədi imzalayacaqlar.

Virtualaz.org “Rosbalt”a istinadən bildirir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

O deyib ki, sabah Monteneqronun baş naziri Milo Cukanoviçlə görüş keçiriləcək və bu ölkənin NATO-ya qoşulmasına dair protokol imzalanacaq. Protokola uyğun olaraq, Monteneqro Alyansın iclaslarında müşahidəçi qismində iştirak edə biləcək. NATO ölkələri isə bu sənədi ratifikasiya etməlidirlər. Yalnız bundan sonra yeni ölkə Alyansın tamhüquqlu iştirakçına çevriləcək.

Qeyd edək ki, hazırda NATO-ya üzv olan 28 ölkə var.

Short URL: http://www.cumhuriyyet.net/?p=64443

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728