Cənubi Osetiyada avtobus uçuruma aşdı – Altı Rusiya zabiti ölüb

19.05.2016 - 15:40

osetiyaCənubi Osetiyada Rusiya hərbçilərini daşıyan avtobus Tsxinval-Kançaveti dağ yolunda uçuruma düşüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 6 zabit ölüb, 16-sı isə xəsarət alıb.

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, hadisə avtobusun hərbçiləri toplanışa apardığı zaman baş verib. Yaralılar Tsixinvaldakı xəstəxanaya çatdırılıb, onlara lazımi tibbi yadım göstərilib.

Qəzaya əyləcin sıradan çıxması səbəb olub.

Rusiya müdafiə naziri Sergey Şoyqunun göstərişi ilə Moskvanın Çkalovsk aerodromundan hərbi həkimləri daşıyan təyyarə yaralıları Moskvaya gətirmək üçün hadisə yerinə yollanıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=64572

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728